Fidel Kastro camaat arasına çıxdı

01:00 | 10.01.2014
Fidel Kastro camaat arasına çıxdı

Fidel Kastro camaat arasına çıxdı

87 yaşlı inqilab lideri dünən Havanada rəssam Aleksis Leyvanın art-studiyasının açılışına gəlibKuba inqilağbının lideri Fidel Kastro 2013-cü ilin aprel ayından sonra ilk dəfə olaraq camaat arasına çıxıb.ANS PRESS “Associated Press”ə istinadən bildirir ki, 87 yaşlı Kastro dünən Havanada rəssam Aleksis Leyvanın art-studiyasının açılışına gəlib. Kuba Kommunist Partiyasının rəsmi nəşri “Granma” yazır ki, inqilab lideri “onun gəlişini alqışlayan rəssamları və tamaşaçıları salamlayıb”.48 il Kubaya liderlik etmiş Fidel Kastro xəstəlik üzündən 2006-cı ildə siyasətdən gedib. Qardaşı Raul Kastro onu əvəz edib və 2008-ci ildə formal olaraq prezident seçilib. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür