Fidel Kastro: "Mən ABŞ-la iki cümləlik müzakirə aparmaram"

14:40 | 27.01.2015
Fidel Kastro:

Fidel Kastro: "Mən ABŞ-la iki cümləlik müzakirə aparmaram"

Kuba inqilabının 88 yaşındakı lideri Fidel Kastro ölkəsinin ABŞ-la münasibətlərinin normallaşması istiqamətində qərarıyla bağlı uzun sürən səssizliyini pozub.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Kastro Havana Universitetinin tələbələr təşkilatına yazdığı məktubda iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məsələsinə münasibət bildirib. Bununla bağlı ölkənin "Qranma" qəzeti məqalə dərc edib. Qəzet Kastronun tələbələrə yönəlik məktubundan belə bir sitat gətirib: "Nə ABŞ siyasətinə inanıram, nə də onlarla iki cümləlik müzakirə apararam. Amma bu o demək deyil ki, mən bu müzakirələrə qarşı çıxacam".

F.Kastro "Daima dünyadakı bütün insanlarla, siyasi rəqiblərimiz də daxil olmaqla bütün siyasilərlə işbirliyini müdafiə edirik" - bildirib.

ABŞ və Kuba arasındakı münasibətlər Fidel Kastronun 1959-cu ildə dövlət başına gəldikdən sonra pozulmağa başladı. Tərəflər arasında başlanan gərginlik 1960-cı ildən başlayaraq ticarət embarqosuna səbəb oldu və 1961-ci ildən bütün münasibətlər kəsildi.

Ötən ilin dekabr ayından başlayaraq Obama administrasiyası Kuba rəsmiləri ilə münasibətlərin tənzimlənməsi istiqamətində işlərə başlayıb, səyahət və ticarət mübadiləsinə başlanılıb.

ANN.Az


 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM