FİFA cərimələndi

13:35 | 27.12.2013
FİFA cərimələndi

FİFA cərimələndi

 FİFA 210 min dollar cərimələnib. Lent.az-ın məlumatına görə, buna Braziliyada keçirilmiş 2013-cü il Konfederasiyalar Kubokunda biletlərlə bağlı problemin yaranması səbəb olub.Resifi şəhər məhkəməsi 8 azarkeşin kollektiv iddiasını təmin edib. Onlar Konfederasiyalar Kubokunun qrup mərhələsində İspaniya və Uruqvay yığmaları arasında oyun zamanı öz yerlərini tuta bilməyiblər. Vəkilləri bildirib ki, fanatlar əllərində bilet olduğu halda, oyuna pilləkənlər üzərində baxıblar. FİFA-nın provayder xidmətlərinin daşıyıcısı olan “Match” şirkəti də cəriməyə məruz qalıb. Zərərçəkənlər bildiriblər ki, onların yerləri meydana çox yaxın imiş. Bu səbəbdən, yuxarı yaruslara göndəriliblər.FİFA-dan isə azarkeşlər biletlərinə uyğun yerlərə buraxılmadıqları təqdirdə, buna yerli rəhbərlik və stadion konstruktorlarının cavabdehlik daşıdığı bildirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM