Kosta-Rika millisinin "DÇ-2014"ün iki oyununda da qalib gələrək 1/8 finala vəsiqə qazanması FİFA-nı hərəkətə keçirib.
Qol.Az-ın "eurosport.com"a istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumu Amerika təmsilçisinin Bryan Ruiz və Keylor Navas da daxil olmaqla, ümumilikdə yeddi futbolçusunu dopinq-testden keçirib.
Komandanın qapıçısı Keylor Navas verdiyi açıqlamada komandada heç bir oyunçunun qanında dopinq olmadığını deyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !