FİFA DÇ-2014-ün yarımfinalçısı Hollandiya millisindən Rio de Janeyrada məskunlaşdığı oteli tərk etməsini istəyib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumu həmin otelə sponsor nümayəndələrini və digər qonaqları yerləşdirmək üçün belə bir addım atıb.
Hollandiya Futbol Federiyasının baş katibi Bet van Oostveen FİFA-nın bu hərəkətini anlamadıqlarını deyib:
"Amma bu, bizim üçün sürpriz olmadı. Bunun başımıza gələcəyini bilirdik. Turnirin əvvəlindən sona kimi eyni otelde qalmaq istəyirdik. Amma bizi dəniz səviyyəsindən 900 metr yüksəklikdə olan oteldə yerləşdirdilər. Futbolçular burada qalmağa öyrəşmişdilər. İndi onlar Argentina ilə matça bilmədikləri bir yerdə hazırlaşacaqlar. Dörd il əvvəl baş tutan dünya çempionatında bu hadisə başımıza gəlmişdi".
ANN.Az