FİFA-ya xəbərdarlıq

01:48 | 19.11.2013
FİFA-ya xəbərdarlıq

FİFA-ya xəbərdarlıq

"DÇ-2022"yə ev sahibliyi edəcək Qətərdəki inşaat işlərində çalışan insanların həyatı təhlükə altındadır.

Qol.Az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, Beynəlxalq Əfv Təşkilatının (BƏT) apardığı araşdırmalar zamanı məlum olub ki, Qətərdə işləyən nepallı işçilər 45-50 dərəcə istinin altında hər gün 12 saat çalışırlar.

Bu azmış kimi çalışanların çoxuna alacağı maaş da verilmir. İşçilərin mindən çox müxtəlif zədələr aldığı və gün keçdikcə Qətərdə ölü sayının artdığı bildirilir.

Təşkilatın baş katibi Salil Şetti FİFA-nın məsələ ilə bağlı daha diqqətli olmasını tələb edib: "Bu şərtlər altında çalışan insanlar gözardı edilməməlidir. Buna icazə verənlər mütləq cəzalandırılmalıdır".

Qol.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb