FIFA zədələnən futbolçulara təzminat ödəyəcək

21:20 | 21.11.2013

Yoldaşlıq və ya rəsmi görüşlərdən asılı olmayaraq, ödəmə 1 il ərzində həyata keçiriləcək

Yeni qaydalara görə, ali futbol qurumu 2014-ci ilin mayından etibarən milli komandanın heyətində zədələnən futbolçuların klublarına sığorta pulu ödəyəcək.

ANS PRESS-in məlumatına görə, qurum oyunçuların gəlirlərini 365-ə bölərək, onların günlük qazanclarını müəyyən etdikdən sonra zədəli olduğu günlər üçün ödəmə edəcək.

Artıq FİFA bu istiqamətdə işlərə başlayıb. Belə ki, İsveçrə milli komandasında zədələnən Şeqler üçün “Aytaxta“a, Almaniya yığmasında zədələnən Xedira üçün “Real”a, Hummels və Şmeltser üçün isə “Borussiya”ya təzminat ödəyəcək.

Qeyd edək ki, yoldaşlıq və ya rəsmi görüşlərdən asılı olmayaraq, ödəmə 1 il ərzində həyata keçiriləcək.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM