Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

11:46 | 23.02.2024
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib

Milli Məclis Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi ilə bağlı qərar qəbul edib.
 
Onun hakim vəzifəsinə təyin edilməsində 87 nəfər lehinə səs verib. Əlehinə səs verən olmayıb, 2 nəfər isə bitərəf qalıb. 

Fikrət Mmmədov növbədənkənar Prezident seçkilərindən, Nazirlət Kabinetinin istefasından sonra ədliyyə naziri vəzifəsindən istefa verib.

Prezidentin sərəncamı ilə onun yerinə müvəqqəti müavini Azər Cəfərov təyin edilib. 
 
Fikrət Məmmədov 24 il ədliyyə naziri vəzifəsində çalışıb.

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM