Fil zoopark işçisini öldürdü

11:30 | 26.12.2013
Fil zoopark işçisini öldürdü

Fil zoopark işçisini öldürdü

9 yaşlı fil Vyetnam zooparkının məşqçisi Doan Xıy Tayı öldürüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, işçi filin qəfəsini rəngləmək üçün onun yanına yaxınlaşıb.İşçi heyvanlar o zooparka gətirilən gündən 7 il müddətində onlarla işləyib, heç vaxt bir problemi olmayıb.Mütəxəssislərin fikrinə görə, heyvanı ilk dəfə hiss etdiyi kraskanın tünd iyi əsəbləşdirib. Sən demə fillər yeni iylərə, rənglərə və səslərə qarşı çox həssasdırlar. Onların bu həssasdıqları qəfildən hücuma gətirə bilər.Hazırda fil zooparkın kənar bir yerində heç kəsin yaxınlaşa bilmədiyi bir yerdə saxlanılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb