Bunu "Tokio-2020” XXXII Yay Oyunlarında gümüş medal qazanan Azərbaycan güləşçisi Hacı Əliyev deyib.
Hacı Əliyev onu dəstəkləyən hər bir şəxsə minnətdarlığını bildirib:
"Bu uğurlarımda çox insanın payı var. Onların hər birinə təşəkkür edirəm. Yaponiyalı Takuto Otoquroya qarşı final görüşündə hakim qərəzli yanaşma nümayiş etdirdi, mənə qarşı müəyyən qədər haqsızlıq oldu. Bu barədə yaxın vaxtlarda mediada ətraflı məlumat verəcəyəm. Tokio Olimpiadasındakı uğur münasibətilə xalqımızı təbrik edirəm. Bu, hamımızın uğurudur”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !