"Yuventus"un futbolçusu Alvaro Morata Milandan Turin şəhərinə piyada getməyə söz verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ispan hücumçu deyib ki, "Yuventus" Çempionlar Liqasının qalib olacağı təqdirdə, bu hərəkəti edəcək.
Məlumat üçün bildirək ki, iki şəhər arasında məsafə 140 km təşkil edir. Bu mövsüm Çempionlar Liqasının finalı Milanda olacaq.
A.Morata müqavilə ilə məxsus olduğu "Real"a qayıtmasının mümkünlüyündən də bəhs edib:
"Müqaviləyə əsasən bu, baş verə bilər. Ancaq hər şey kağız üzərində həll olunmur".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !