"Financial Times": Putin Əsədə istefaya getməyi təklif edib

17:51 | 22.01.2016

"Financial Times": Putin Əsədə istefaya getməyi təklif edib

Rusiya prezidenti Vladimir Putin Bəşşar Əsədə istefaya getməyi təklif edib.

"Report" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, Putinin istefa təklifini çatdırmaq üçün Dəməşqə Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun yollanıb. Nəşrin məlumatına görə, Əsəd bu təklifdən yaman qəzəblənib və istefa verməkdən imtina edib.

"Financial Times"dəki xəbərdə Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqunun Dəməşqə ölümündən bir neçə həftə əvvəl yollandığı vurğulanır. Xatırladaq ki, Kreml idarə rəisinin ölümünü yanvarın 4-də elan edib.

Rusiya Müdafiə Nazirliyi məsələylə bağlı şərh verməyib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti