Finlandiya Rusiya ilə sərhədlərini bağlayacaq

22:23 | 28.11.2023
Finlandiya Rusiya ilə sərhədlərini bağlayacaq

Finlandiya Rusiya ilə sərhədlərini bağlayacaq

Finlandiya şərq sərhədlərini bağlayır.

Hökumət noyabrın 30-dan etibarən şərq sərhədindəki bütün sərhəd-keçid məntəqələrinin müvəqqəti bağlanması barədə qərar qəbul edib.
 
Sərhəd-keçid məntəqələri iki həftə bağlı olacaq. Sığınacaq üçün hazırda yalnız limanlarda və hava limanlarında müraciət etmək olar.

Baş nazir Petteri Orponun sözlərinə görə, hökumətin məqsədi Rusiyanın hibrid fəaliyyətlərini mümkün qədər tez nəzarət altına almaqdır. Baş nazir bildirib ki, Rusiya bu vəziyyətə səbəb olub və o da bunu dayandıra bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb