Finlandiya Rusiya qazını kəsməyə hazırdır

22:21 | 20.05.2022
Finlandiya Rusiya qazını kəsməyə hazırdır

Finlandiya Rusiya qazını kəsməyə hazırdır

Finlandiyanın dövlət operatoru Gasum təsdiqləyib ki, Rusiya qazının Finlandiyaya nəqli sabah yerli vaxtla səhər saat 7-də dayandırılacaq.

"Mövcud müqaviləmizə əsasən qaz təchizatının dayandırılması çox təəssüf doğurur. Lakin biz bu vəziyyətə diqqətlə hazırlaşdıq", - şirkətin baş direktoru Mikka Viljanen bildirib.

Cümə günü əvvəl Finlandiyanın maliyyə naziri Annika Saariko ölkəsinin ABŞ-ın Excelerate Energy şirkəti ilə üzən LNG anbarı üçün on illik icarə müqaviləsi imzaladığını açıqlayıb.

"Bu anbar bizə Rusiya qazından qurtulmağa kömək edəcək”, - nazir bildirib.

Qasum Rusiyanın öz qazının pulunu rublla ödəmək tələbindən imtina edib, bunu müqavilənin pozulması adlandırıb və arbitrajla hədələyib. Mayın 20-də "Qazprom Export” Finlandiya operatoruna tədarükün şənbə günü səhər dayandırılacağı barədə məlumat verib.

Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb