Finlandiyada seçkilər təxirə salındı

18:06 | 06.03.2021
Finlandiyada seçkilər təxirə salındı

Finlandiyada seçkilər təxirə salındı


Finlandiyada koronavirus pandemiyası ilə əlaqədar bələdiyyə seçkiləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə ölkənin Ədliyyə Nazirliyi bildirib.

Aprel ayına nəzərdə tutulan seçkilər iyunun 13-ə keçirilib. Bu qərarı 9 siyasi partiyadan 8-nin dəstəklədiyi deyilir.

Qeyd edək ki, bu günədək Finlandiyada 61 mindən çox yoluxma qeydə alınıb, 767 nəfər ölüb.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM