Federasiyanın mətbuat xidmətindən "Qafqazinfo”ya verilən məlumata görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Ələkbərov Sahib Nurəddin oğlu tutduğu vəzifədən azad edilib.
AGF-nin I vitse-prezidenti vəzifəsinin icrası Umudov Firdovsi Qəminalı oğluna həvalə edilib.
Qeyd edək ki, Firdovsi Umudov sərbəst güləş üzrə yığma komandanın baş məşqçi, Dünya Güləş Birliyi Məşqçilər Assosiasiyasının üzvüdür. Güləş idman növünün inkişafındakı xidmətlərinə görə o, 2009, 2012 və 2015-ci illərdə Azərbaycanın, 2012-ci ildə Dünyanın ən yaxşı məşqçisi seçilib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Şöhrət” ordeni, "Tərəqqi” medalı və "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !