​"Fitch" agentliyi SOCAR-ın kredit reytinqini təsdiq edib

11:06 | 29.10.2015
​

​"Fitch" agentliyi SOCAR-ın kredit reytinqini təsdiq edib

 "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kredit reytinqini "BBB-", proqnozunu isə "stabil" səviyyəsində təsdiq edib.

"Report" xəbər verir ki, Agentlik SOCAR-ın emitentin uzunmüddətli defolt reytinqini (IDR) "BBB-", qısamüddətlini isə "F3", təmin olunmayan reytinqini "BBB-" kimi təsdiq edib. Emitentin uzunmüddətli defolt reytinqi üzrə proqnoz isə "stabil" kimi təsdiqlənib.

Agentlik qeyd edib ki, SOCAR-ın kredit reytinqi əsasən Azərbaycanın suveren reytinqi ilə bərabər tutulur. Ötən ilin məlumatlarına görə, SOCAR gündəlik orta hesabla 253 min barel karbonhidrogen hasilat istehsal edən ortaölçülü şirkətdir.

SOCAR Türkiyənin yeganə kimyəvi məhsul istehsalçısı olan "Petkim Holding"ə nəzarət edir və 10 mln. ton istehsal gücünə malik olan "Star" neft emalı zavodunun inşasını həyata keçirir.

"Fitch"in SOCAR-ın leverec əmsalının 2014-cü ildəki 1,9-dan 2015-ci ildə 2,9-a yüksələcəyini proqnozlaşdırır.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM