Fitch Ratings AccessBank-ın uzunmüddətli kredit
reytinqini "BB” kateqoriyasında, "Sabit ” proqznozla "BB-” səviyyəsində təsdiqlədi
. AccessBank Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqini
qoruyub saxlayır. Agentlik həmçinin, Bankın Dəstək Reytinqini "3" səviyyəsində
təsdiqlədi, bu da bankın səhmdarlar tərəfindən davamlı dəstəkləndiyinin göstəricisidir.
"Mövcud reytinq Bankın cari bazar şəraitində
sağlam mövqeyini əks etdirir. Güclü tərəfdaşlarımız və
onların dəstəyini qazanmaq bu çərçivədə əhəmiyyətli bir aktivdir. Bazarda
mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirlməsi üzrə aparıcı mövqeyimizə əsaslanaraq,
biz rəqəmsal xidmət kanalları daxil olmaqla fərdi maliyyə xidmətləri göstərərək
müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik” -
AccessBank-ın İdarə Heyətinin sədri Dr. Rolf Reichardt reytinqi şərh
etdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !