“Fitch Ratings” neftin qiymət proqnozlarını aşağı saldı

10:36 | 10.11.2015
“Fitch Ratings” neftin qiymət proqnozlarını aşağı saldı

“Fitch Ratings” neftin qiymət proqnozlarını aşağı saldı

Fitch Beynəlxalq Reytinq Agentliyi neftin qiymətlərinə dair proqnozlarını aşağı salıb.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Fitch Ratings qlobal neft bazarlarında təklif və tələb arasındakı ziddiyət səbəbiylə neftin qiymət proqnozlarını aşağı salıb.

Agentliyin məlumatına görə, 2015-ci ilə ikinci rübündə təklif və tələb arasındakı fərq gündəlik 3 milyon barellə ən üst səviyyə çatıb.

Təşkilat həmçinin bəyan edib ki, neftin qiymətlərində tarazlıq 2016-ci ilin ikinci yarısından mümkün görünmür. Neftin qiymətləri yalnız 2017-ci ildə təkrar tarazlığa dönə bilər.

Yeni qiymət proqnozlarını Brent neft üçün 2016-ci ildə bir barelə görə 55 dollar və 2017 il üçün 65 dollar olaraq təyin edən Fitch, Qərb Texas tipli xam neft üçün də 2016-da 50 dollar və 2017 il üçün isə 60 dollar olacağı proqnozunu verib.

Bundan başqa, təşkilat Brent markalı neftin uzunmüddətli qiymət proqnozunu bir barelə görə, 75 dollara endirib, Qərbi Texas markalı neftin uzunmüddətli qiymət proqnozunu isə 70 dollar olaraq sabit saxlayıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti