“Fitch Ratings" Unibank-ın reytinqini artırıb

12:19 | 13.03.2014
“Fitch Ratings" Unibank-ın reytinqini artırıb

“Fitch Ratings" Unibank-ın reytinqini artırıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu günlərdə “Unibank” KB ASC-nin uzunmüddətli reytinqini B «stabil» səviyyəsindən B «pozitiv»ə yüksəldib.Bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq agentlik tərəfindən “B” səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi “5” kimi göstərilib, dayanaqlıq reytinqi “b” səviyyəsində təsdiqlənib.“Fitch” mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olmasıyla yanaşı,Unibankın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir. “Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin yüksəldilməsi bankın pərakəndə və mikro-kreditləş- məni surətləndirilməsində böyük rol oynaması ilə də bağlıdır.Xatırladaq ki, “Fitch Ratings” agentliyi Unibankın reytinqini yüksəldən zaman, kredit portfelin artımını, yüksələn gəlirliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdü.Ətraflı məlumatı 117 nömrəli telefondan əldə etmək olar.Unibank-hər kəsin bankıANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb