Bu il fizika üzrə Nobel mükafatı yaponiyalı alimlər İsamu Akasaki, Hiroşi Amano və Suji Nakamuraya verilib.APA - nın məlumatına görə, alimlər bu mükafata “effektiv və səmərəli mavi işıq saçan diodların ixtirasına görə” layiq görülüblər. İsamu Akasaki 1929-cu ildə Yaponiyada doğulub. Naqoya Universitetinin professorudur. Hiroşi Amano 1960-cı ildə doğulub, 1989-cu ildən Naqoya Universitetində çalışır, universitetin professorudur. Suji Nakamura isə 1954-cü ildə anadan olub, Amerika vətəndaşıdır. O, hazırda Kaliforniya universitetinin professorudur.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !