Flame Towers dünyanın on ən gözəl göydələnləri sırasındadır

17:33 | 20.05.2014
Flame Towers dünyanın on ən gözəl göydələnləri sırasındadır

Flame Towers dünyanın on ən gözəl göydələnləri sırasındadır

Bakının mərkəzində yerləşən Flame Towers binalar kompleksi 2013-cü il üçün dünyanın on göydələni sırasına düşərək “Emporis Skyscraper Award” mükafatına layiq görülüb.Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, “Emporis Skyscraper Award” mükafatı 2000-ci ildən mövcuddur.Bu, müstəqil ekspertlərin səsverməsi ilə dünyada yalnız göydələnlərin təltif edildiyi yeganə mükafatdır.Bina memarlıq və dizayn, funksionallıq, mühəndis sisteminin innovasiyası, sakin və turistlər üçün komfort kimi bir neçə meyar üzrə dəyərləndirilir.Təşkilatçılar iddia edirlər ki, mükafatın məqsədi estetik zövqü və təxəyyülü inkişaf etdirən, eyni zamanda effektiv istifadə edilən və şəhər mühitinin ahənginə uyan gözəl obyektlərə diqqəti yönəltməkdir.  İlk seçmə turunda 300 nominantdan ibarət siyahı təşkil edilir, ikinci həlledici turda top-10 müəyyənləşir.Bakının 182 metr hündürlüyü olan Flame Towers 2013-cü ilin dünya göydələnləri sırasında 6-cı yeri tutub, birinci yeri isə Britaniyanın 306 metr hündürlüyü olan The Shard (London) tutub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM