Floridada 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib

21:40 | 15.09.2017
Floridada 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib

Floridada 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib

Hazırda onun rəhbərliyi barəsində cinayət araşdırması aparılır.

Florida ştatının Hollivud şəhərində 8 nəfərin öldüyü qocalar evinin fəaliyyətinə xitam verilib.

"Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Rik Skottun bəyanatında deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, müəssisə rəhbərliyi yaşlı insanların həyatı üçün məsuliyyət daşıyıb, lakin onların təhlükəsizliyini təmin edə bilməyib.

Hazırda qocalar evinin rəhbərliyi barəsində cinayət araşdırması aparılır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti