ABŞ-ın Florida ştatının rəhbərliyi beşinci dərəcəli "İrma" qasırğası səbəbindən dörd dairədə əhalinin təxliyyəsini həyata keçirir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Florida qubernatoru Rik Skott məlumat verib.
İlk olaraq Monro dairəsinin tərkibinə daxil olan 80 mindən çox əhaliyə malik Florida-Kis arxipelaqının qasırğanın qurbanı olacağı gözlənilir.
Florida qubernatoru sözlərinə görə, cümə gününə kimi 30 minə qədər adam toplamaq, 4 min yük maşını və 100 vertolyotun hazır vəziyyətə gətirilməsi planlaşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !