Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
"McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.
"McLaren" pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.
"Ferrari"dən Şarl Lekler ikinci, "Mercedes"dən Corc Rassel üçüncü yeri tutub.
Yarışın sonunda "Ferrari"dən Karlos Sayns və "Red Bull"dan Serxio Peres qəza törədiblər. Hər iki sürücünün idarə etdiyi bolid 50-ci dövrədə səddə çırpılıb.
***
Bu gün Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq.
Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb.
Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) treki birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.
Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !