Fransanın cənubunda naməlum cinayətkarlar "Formula-1” çempionu və onun arvadını yuxuya verib "Maklaern”in pilotu Censon Battonu qarət ediblər.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, polisin versiyasına görə, qarətçilər britaniyalının San-Tropedəki evinin ventilyasiya sisteminə yuxu gətirən qaz buraxıblar.
Malikanənin sahiblərinin yatdığından əmin olan cinayətkarlar binaya daxil olaraq ümumilikdə 300 min avro dəyərində olan zinət əşyalarını oğurlayıblar.
Qeyd edək ki, oğurlananlar arasında Miçibatanın nişan üzüyü də olub, onun dəyəri isə 250 min avro olub.
"Bu qarət növü son beş ildə populyar olub. Bundan çox təcrübəli və usta cinayətkarlar istifadə edirlər, onlar əsasən böyük və zəngin malikanələri qarət edirlər. Zərərçəkənlər yalnız ertəsi gün otağın altının üstünə çevrildiyini gördükləri zaman qarət edildiklərini anlayırlar. Çoxları üçün qarət zamanı cinayətkarların onlarla bir otaqda olmalarını və özlərinin isə köməksiz vəziyyətdə olmalarını qəbul etmək çətin olur”, - San-Trope polis bölməsinin mətbuat xidmətində qeyd ediblər.
Xatırladaq ki, 35 yaşlı britaniyalı Censon Batton 2009-cu ildə "Formula-1”-in çempionu olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !