Formula 1 üzrə bilet satışlarında bütün rekordlar qırılıb

13:09 | 08.04.2023
Formula 1 üzrə bilet satışlarında bütün rekordlar qırılıb

Formula 1 üzrə bilet satışlarında bütün rekordlar qırılıb

Formula 1 Azərbaycan Qran Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Tural Teymurov qeyd edib ki, 2023-cü ilin Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı indiyə qədər keçirilən yarışlardan daha sürətli satılır.

O bildirib ki, tribunaların bir çoxuna biletlər artıq tamamilə satılıb: Qalan tribunalarda isə çox az yer qalıb. Abşeron tribunasının B seksiyası, Filarmoniya tribunası, Sahil tribunası və Bulvar tribunasına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Görünür növbəti günlərdə bu tribunaya biletlər bitəcək.

Mətbuat katibi vurğulayıb ki, statistikaya görə bu il bilet satışlarında bütün rekordlar qırılıb: Formula 1 artıq yeddinci ildir ki, ölkəmizdə keçirilir və bu il ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik.

2023-cü il Formula 1 Azərbaycan Qran Prisi 28–30 aprel tarixlərində keçiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb