"Formula 1"də ikinci sərbəst yürüş başa çatıb - Yenilənib

19:59 | 13.09.2024

"Formula 1"də ikinci sərbəst yürüş başa çatıb - Yenilənib

İkinci sərbəst yürüş başa çatıb. "Ferrari”nin üzvü Şarl Lekler birinci olub.
 
 17:26

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüşə saat 17:00-da start verilib.

İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen ən yaxşı nəticəni göstərib.

"Formula 2"də sərbəst yürüşdə "Van Amersfoort Racing"dən Entso Fittipaldi, sıralama turunda isə "Trident" komandasından Rixard Versxor birinci olublar.

Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür