Bakıda keçirilən "Formula 1” SOCAR Azərbaycan Qran Prisində "Williams Racing” komandasının pilotu Corc Rasselin bolidinin sıradan çıxmasının günahkarı bəlli olub.
Anews.az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə artıq xarici media yazıb.
Bildirilir ki, "Williams” komandasında yaranan problemin səbəbi təşkilatçıların günahıdır. Əgər bu səbəb təsdiqlənsə təşkilatçılar komandaya dəyən ziyanı ödəməli olacaq.
Xatırladaq ki, belə bir hadisə Malayziyada "Haas” komandasının başına gəlib. Komandaya dəyən ziyanı təşkilatçılar ödəyib.
Qeyd edək ki, sərbəst yürüşün 14-cü dəqiqəsində bolidin altı drenaj lyukuna ilişib. Bolidin altından qığılcım çıxmağa başlayıb. Bundan sonra bolidin alt hissəsi parçalanıb. Pilot məcbur olaraq bolidi saxlamalı olub.
Hazırda trekdə olan 300-ə yaxın drenaj lyuklarının təhlükəsizliyi yoxlanılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !