"Formula-1"ə hazırlıq: qazılan, sökülən mərkəzi küçələr - FOTOLAR

09:54 | 11.11.2015

"Formula-1"ə hazırlıq: qazılan, sökülən mərkəzi küçələr - FOTOLAR

2016-cı ilin iyul ayında Bakıda "Formula - 1" yarışları keçiriləcək. Hazırda paytaxt küçələrində bu idman yarışına hazırlıq gedir. Bu məqsədlə bir çox küçələrdə əsaslı təmir işlər aparılır. Əsasən bu işlər Bakının mərkəzi küçələrində görülür. 

ANN.Az-ın fotoreportyoru "Formula - 1" yarışlarına hazırlığın necə aparıldığını öyrənmək məqsədilə təmir işləri gedən mərkəzi küşələrdə olub. Demək olar ki, yarış avtomobillərinin keçəcəyi marşrut üzrə hər küçədə hərəkət dayandırılıb və qazıntı aparılır. Ekskavatorlar, buldozerlər Xaqani küçəsindən Rəşid Behbudov küçəsinə qədər yolun asfalt örtüyünü qoparıb. Birdən-birə bir neçə yolun eyni zamanda təmirə bağlanması isə həm tıxaclara, həm də şəhərdaxili marşrut avtobusların yollarını dəyişməsinə səbəb olub.

Əməkdaşımızın mərkəzi küçələrdə aparılan təmir yerlərindən hazırladığı fotosessiyanı oxuculara təqdim edirik.

Hazırladı: 
Fərqanə Novruzova


 












































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti