Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" komandalarına kömək məqsədilə qaynar xəttin açıldığını elan edib.
"Report"un məlumatına görə, bu yolla qaydaları pozan pilotları və ya komandaları ifşa etmək mümkün olacaq.
Məlumat verən şəxslərin anonimliyi qorunacaq. Fasiləsiz fəaliyyət göstərəcək qaynar xətt vasitəsilə etik prinsiplərin pozulması, maliyyə pozuntusu, rüşvət və saxtakarlıq, idman yarışlarının nəticələrinin potensial manipulyasiyası, həmçinin dopinqlə bağlı şikayət etmək mümkündür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !