Fransa Suriyada özünü «İslam dövləti» adlandıran yaraqlılara qarşı hava hücumlarını 13 noyabr Paris terrorundan sonra daha da intensivləşdirib.
Fransa prezidenti François Hollande belə deyib. O, həmçinin Birləşmiş Ştatları və Rusiyanı aralarındakı mübahisəni kənara qoyub «İslam dövləti»nə qarşı mübarizədə birləşməyə çağırıb.
13 noyabr Paris terror nəticəsində 129 nəfər ölüb, 350-dən çoxu yaralanıb. «İslam dövləti» yaraqlıları terrora görə məsuliyyəti öz üzərilərinə götürüblər. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !