Paris Avropa Komissiyasının silahlı münaqişələr olmayan "təhlükəsiz ölkələr" siyahısının tərtib edilməsi təklifini dəstəkləyir
Artıq bunu etiraf etməyin vaxtı çatıb ki, Aİ bütün bura gəlmək arzusunda olan miqrantları qəbul edə bilməyəcək. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Fransa xarici işlər naziri Loran Fabius Avropa İttifaqı DİN başçılarının fövqəladə iclası ərəfəsində Belçikanın Le Soir qəzetində çap olunan müsahibəsində bildirib.
Bu toplantı 120 min miqrantın əlavə olaraq birlik ölkələri arasında bölüşdürülməsi kvotasının müəyyənləşdirilməsi probleminə həsr olunacaq.
"Artıq açıq şəkildə etiraf etməyin vaxtı çatıb ki, Aİ bütün iqtisadi miqrantların qəbulu üçün qapıları açıq saxlaya bilməyəcək", - Fabius bildirib.
Paris Avropa Komissiyasının silahlı münaqişələr olmayan "təhlükəsiz ölkələr" siyahısının tərtib edilməsi təklifini dəstəkləyir.
Bütün bu ölkələrdən gələn vətəndaşlar avtomatik olaraq iqtisadi miqrantlar hesab olunacaq, lakin qaçqın statusu əsasən silahlı münaqişələr baş verən ölkələrin vətəndaşlarına veriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !