Fransa Azərbaycandan Petrosyanın cəsədini tələb etdi

10:30 | 22.08.2014
Fransa Azərbaycandan Petrosyanın cəsədini tələb etdi

Fransa Azərbaycandan Petrosyanın cəsədini tələb etdi

Nadal, Karen Petrosyanın ailəsinə baş sağlığı verib.

Avqust ayının 8-də Azərbaycanda əsirlikdə ölən Ermənistan vətəndaşı Karen Petrosyanın ölüm xəbəri Fransanı sarsıdıb.

Oxu.Az Novostnik.ru-ya istinadən xəbər verir ki, Fransanın XİN-nin saytında bu barədə jurnalistlərin suallarını cavablandıran, ölkənin xarici siyasət idarəsinin mətbuat katibi Romen Nadal bildirib.

O, Karen Petrosyanın ailəsinə başsağlığı verib və Azərbaycan hakimiyyətini dərhal erməni tərəfə onun cəsədini verməyə və onun ölüm səbəblərini aydınlaşdırmağa çağırıb.

Qeyd edək ki, avqustun 7-də Azərbaycan Müdafiə Nazirliyi 4 nəfərdən ibarət təxribat qrupunun məhv edilməsi, onlardan biri Karen Petrosyan isə əsir götürülmüşdü barədə bəyanat vermişdi. Amma bir gün sonra təxribatçı kəskin ürək çatışmazlığından vəfat edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM