Fransa hərbi büdcəsini 1,6 mlrd. avroyadək artırır

11:45 | 08.09.2017
Fransa hərbi büdcəsini 1,6 mlrd. avroyadək artırır

Fransa hərbi büdcəsini 1,6 mlrd. avroyadək artırır

Fransa 2018-ci ildə hərbi büdcəsini 1,6 mlrd. avroyadək artıracaq.

anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Eduar Fillip bildirib.

Onun sözlərinə görə, bu, son 6 ildə müdafiə xərclərində ən böyük artım olacaq.  

"Bu proses 2019-2010-ci illərdə də davam etdiriləcək, çünki yaşadığımız dünya təhlükəlidir”, - deyə baş nazir bildirib.  

İyunda prezident Emmanuel Makronun hərbi büdcəni 850 mln. avroyadək artırmaq planı bu təklifə qarşı çıxış etmiş Baş Qərargah rəisi Pyer de Vilyenin istefası ilə nəticələndi.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM