Fransa İsraildəki səfirini geri çağırıb

19:00 | 11.10.2024
Fransa İsraildəki səfirini geri çağırıb

Fransa İsraildəki səfirini geri çağırıb

Fransa İsrail ordusunun BMT sülhməramlılarını Livanın cənubunda yerləşən Nakura bazası yaxınlığında atəşə tutulmasından sonra Qüdsdəkii səfirini geri çağırıb.Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Bu hücumlar beynəlxalq hüququn ciddi pozulmasıdır və dərhal dayandırılmalıdır",- Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Buna qədər Fransa prezidenti Emmanuel Makron İsraildən hərbi əməliyyatları mümkün qədər tez başa çatdırmağı tələb etmişdi. O, həmçinin Fransa xarici işlər naziri Jan-Noel Barroya Livan və Qəzzada gərginliyin azaldılması üçün Yaxın Şərqdə məsləhətləşmələr aparmağı tapşırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti