İsrail şirkətləri dünyanın ən böyük hərbi-dəniz texnologiyaları sərgilərindən biri olan Euronaval sərgisində iştirak edə bilməyəcək. Bu barədə Reuters məlumat verib.
Fransa hökuməti İsrailin müdafiə şirkətlərinə 4-7 noyabr tarixlərində Vilpentdə keçiriləcək dünyanın ən böyük dəniz silahları sərgilərindən biri olan Euronaval sərgisində iştirak etməyi qadağan edib.
İsrail Sənayeçilər Birliyinin sədri Ron Tomer bu qərarın ayrı-seçkilik xarakteri daşıdığını iddia edərək ona etiraz etmək niyyətində olduğunu bildirib.
Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron İsrailə silah tədarükünə embarqo tətbiq etməyə çağırıb və hətta telefon danışığında Netanyahoya bildirib ki, "silah tədarükləri nə israillilərin, nə də regionun təhlükəsizliyini təmin etməyəcək".
Daha əvvəl İsrailin Parisdə keçirilən Eurosatory silah sərgisində iştirakı qadağan edilib, lakin sərginin keçirildiyi vaxtda məhkəmə bu qərarı ləğv edib.
Eurosatory sərgisinin ilk günü girişdə israillilərin iştirakına qadağa barədə xatırlatmalar olan böyük stendlər quraşdırılıb və içəri daxil olanlardan İsrailli olmadıqlarını və İsrail şirkətləri ilə əlaqələrinin olmadığını təsdiq edən bəyannamə imzalamaq tələb olunub.
Çərşənbə axşamı Fransa prezidenti Emmanuel Makron telefonla Netanyahuyla danışıb və bildirib ki, "İndi BMT ilə mübahisə etməyin vaxtı deyil" və "İsrail BMT-nin qərarı ilə yaradılıb".
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !