Fransa parlamenti İran əleyhinə qətnamə qəbul edib

11:54 | 29.11.2022
Fransa parlamenti İran əleyhinə qətnamə qəbul edib

Fransa parlamenti İran əleyhinə qətnamə qəbul edib

Fransa parlamenti İran əleyhinə qətnamə qəbul edib. Bu barədə xarici KİV- də məlumat yayılıb.

Fransa parlamentinin deputatları 149 lehinə səslə qətnamə qəbul ediblər.

Qətnamədə Avropa dövlətlərindən İrana təzyiqləri artırmaq tələb edilir ki, bu ölkə öz beynəlxalq öhdəliklərini yerinə yetirsin və Məhsa Əmininin ölümü ilə bağlı araşdırma aparsın.

Fransa qanunvericiləri sözügedən qətnaməni qəbul etməklə, İranın təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı repressiyaları qətiyyətlə pisləyib və bu hərəkətləri ifadə azadlığının zorakılıqla pozulması kimi dəyərləndirib.
 
Aytac Zeynalova


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM