Fransa prezidenti Fransua Olland Fransa - Almaniya matçının gedişatında baş verən terror zamanı azarkeşlərin stadiondan təxliyəsi ideyasını rədd edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, qarşılaşmanın keçirildiyi "Stad de Frans" stadionun ən təhlükəsiz yer olduğunu düşünərək bu qərarı verib.
Terror zamanı Fransa - Almaniya qarşılaşması təxirə salınmayıb və azarkeşlərin stadionun tərk etməsinə icazə verilməyib. Fransa prezidenti hesab edib ki, azarkeşlər stadionu tərk edəcəyi təqdirdə, terror qurbanlarının sayı çox ola bilərmiş.
Qeyd edək ki, F.Olland birinci partlayışdan sonra özü stadionu tərk etmişdi
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !