Fransa prezidenti, 59 yaşlı Fransua Ollandın aktrisa, 41 yaşlı Jüli Qaye ilə "eşq macərası"nın yeni təfərrüatları bəlli olub.Milli.Az Le Monde-a istinadən bildirir ki, aktrisa ana olacaq. O, hamiləliyin 4-cü ayındadır."Yelisey Sarayındakı mənbələrin verdikləri məlumatlara görə, Jüli Qaye hamilədir. Bunu M6 telekanalının jurnalisti də təsdiqləyib", - Le Reel qəzetinin Twitter-dəki profilində bildirilir.Olland və onun məşuqəsi bu məlumatı şərh etməyiblər.Fransa prezidenti Fransua Ollandın qeyri-rəsmi nikahda olduğu xanımı, 48 yaşlı Valeri Trierveyler də durumla bağlı heç bir açıqlama verməyib.Yelisey Sarayında keçirdiyri mətbuat konfransında F.Olland şəxsi həyatı ilə bağlı jurnalistlərin suallarına cavab verməkdən imtina edib."Xanımımla münasibətlərimdə çətin dövr yaşanır. Hər insanın həyatında çətin situasiyalar olur. Amma prinsipim belədir ki, şəxsi həyatla bağlı məsələlər fərdi qaydada həll olunmalıdır. Ona görə indi şəxsi həyatımla bağlı məsələləri müzakirə etməyin vaxtı və yeri deyil", - Fransua Olland deyib.Bundan başqa, Fransa prezidenti qeyri-rəsmi nikahda olduğu xanımının statusunu fevralın 11-də ABŞ-a rəsmi səfərinədək müəyyənləşdirəcəyini bildirib.Səfərdə Ollandı məhz V.Trierveylerin müşayiət etməsi gözlənilir.Ərinin ona aktrisa ilə xəyanət etməsindən xəbər tutandan sonra ağır depressiyaya qapılaraq xəstəxanaya düşən Valeri Trierveyler çox böyük qalmaqala rəğmən F.Ollandı bağışlamağa hazırdır. Fransua Olland və Jüli Qaye arasındakı eşq macərası barəsində Closer jurnalı yanvarın 10-da 7 səhifəlik araşdırma dərc etmişdi.Olland da bu "macəra"nı jurnal satışa çıxandan bir neçə saat əvvəl Trierveylerlə söhbətində etiraf edib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !