Fransa Prezidentinin reytinqi pensiya islahatları fonunda aşağı düşüb

20:00 | 22.01.2023
Fransa Prezidentinin reytinqi pensiya islahatları fonunda aşağı düşüb

Fransa Prezidentinin reytinqi pensiya islahatları fonunda aşağı düşüb

Fransa Prezidenti Emmanuel Makron və Baş nazir Elizabet Bornun reytinqi pensiya islahatları fonunda aşağı düşüb.

Bu barədə "Le Figaro” qəzeti məlumat yayıb.

"Lfop” ictimai rəy institutunun sorğusuna əsasən, dövlət başçısı və kabinet rəhbəri pensiya islahatının hazırlanmasına görə müvafiq olaraq iki və dörd xal itiriblər.

Makron indi ötən ilin aprelində yenidən prezident seçildikdən sonra ən aşağı reytinqə malikdir.

Rəyi soruşulanların 34 faizi dövlət başçısının fəaliyyətindən razı qaldığını bildirib. Prezident seçkilərindən indiyədək bu, yeddi pillə azalma deməkdir.

Fransa Daxili İşlər Nazirliyi pensiya islahatlarına qarşı 1,12 milyon etirazçının olduğunu bildirib.

Yanvarın 10-da Baş nazir pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan hökumət tərəfindən hazırlanmış pensiya islahatı layihəsini təqdim edib.
 
Qanun layihəsi Nazirlər Şurası tərəfindən təsdiqlənməli və yanvarın sonuna qədər parlamentə təqdim edilməlidir. (report.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb