Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda "Taliban" hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian "France 5" telekanalının efirində bildirib.
Nazir deyib ki, Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban" hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi, buna görə də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !