Fransa TV-sində Azərbaycan aşıq sənətinə dair veriliş

11:00 | 19.02.2014
Fransa TV-sində Azərbaycan aşıq sənətinə dair veriliş

Fransa TV-sində Azərbaycan aşıq sənətinə dair veriliş

 Fevralın 17-də Avropanın bir çox ölkələrində, o cümlədən Fransada yayImlanan “Arte“ televiziya kanalında Azərbaycan aşıq musiqisinə həsr olunan “Azərbaycan trubaduru” adlı veriliş yayımlanıb.Verilişdə Azərbaycan şifahi xalq yaradıcılığının bariz nümunəsi olan aşıq sənətinin Fransada orta əsrlərdə geniş yayılan trubadurların ifalarına bənzərliyi, aşıqlar kimi trubadurların da ölkənin bütün bölgələrini gəzərək musiqi və mahnılar ifa etdikləri diqqətə çatdırılıb.Proqramda, həmçinin aşıq musiqisinin ölkəmizin bütün bölgələrində geniş yayılmasından, bir çox məclislərdə, xüsusilə toy mərasimlərində ifa edilməsindən, bu sənətlə kişilərlə yanaşı, qadınların da məşğul olmasından geniş söhbət açılıb.Əsasən Azərbaycanın Gədəbəy rayonunda boya-başa çatan gənc sazəndə Nemət Qasımlının ifaçılıq sənətindən bəhs edən verilişdə saz musiqisinin daha çox rayon və kəndlərdə ifa olunduğu, Kiçik Qafqaz sıra dağlarının qərbində yerləşən bölgələrdə saz sənətinin geniş yayıldığı qeyd edilib. Həmçinin ölkəmizin cənubunda, Xəzər dənizinin sahilində yerləşən Lənkəran toylarında da saz havalarına üstünlük verildiyi diqqətə çatdırılıb.Verilişdə dünyəvi və tolerant bir ölkə kimi tanınan Azərbaycanda etnik qrupların, o cümlədən talışların dininin, dilinin, mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi qayğı göstərilməsindən, Lerikin uzunömürlülər diyarı kimi tanınmasından da söhbət açılmış, konkret faktlar diqqətə çatdırılıb.Qeyd olunub ki, paytaxt Bakının mərkəzində “Azad qadın” abidəsinin ucaldılması təsadüfi olmayıb. Müsəlman ölkələrinin qadınları heç də Azərbaycandakı kimi azad və müstəqil deyillər.Fransa tamaşaçılarına Bakının neft və qaz yataqları ilə zəngin olan Xəzər dənizinin sahilində yerləşdiyi, ölkənin əsas iqtisadi mərkəzi olduğu, son illər paytaxtımızda müasir üslubda, dünyanın heç bir yerində bənzəri olmayan yeni müasir binaların tikildiyi və paytaxtın simasının get-gedə tamamilə dəyişildiyi barədə məlumat verilib.Verilişdə Cənubi Qafqaz regionunda lider dövlətə çevrilən Azərbaycanın getdikcə müasirləşdiyi və Avropaya inteqrasiya etdiyi xatırladılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulan verilişdə Dağlıq Qarabağın Azərbaycanın qədim ərazisi olduğu, Azərbaycan ərazisinin 20 faizinin işğalçılıq siyasəti yeridən Ermənistan tərəfindən zəbt edildiyi, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı keçirməyə məcbur edildiyi diqqətə çatdırılıb.

“Arte” kanalının aşıq sənətinə həsr etdiyi 45 dəqiqəlik veriliş ölkəmizin mədəni dəyərlərinin Fransada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.Xatırladaq ki, veriliş televiziya kanalında dəfələrə yayımlanır.Verilişi www.tv-replay.fr/ redirection / 17-02-2014/360-geo-arte-10729120.html internet resursuna daxil olmaqla izləmək mümkündür.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM