Fransa utancverici soyqırımında iştirak etməkdə ittiham edilir

20:00 | 07.04.2014
Fransa utancverici soyqırımında iştirak etməkdə ittiham edilir

Fransa utancverici soyqırımında iştirak etməkdə ittiham edilir

1994-cü ildə Ruandada baş verən soyqırımın 20-ci ildönümündə Ruanda ilə Fransa arasında diplomatik böhran yaşanır. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, Afrika ölkəsinin prezidenti Pol Kaqame 1994-cü ildə rəsmi Parisin qırğın təşkil etdiyini bildirib. Fransa isə cavabında 7 apreldə soyqırımın ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etməkdən imtina edib. 

Kaqame jurnalistlərə açıqlamasında bildirib ki, "Fransa və Belçika soyqırımın siyasi təşkilində və onun həyata keçirilməsində birbaşa iştirak ediblər". O, Fransa əsgərinin qətliamı iştirakçısı olmaqda və onu həyata keçirməkdə ittiham edib. 

Nəticədə Fransa hüquq naziri Kristian Tobirunu Kiqaliyə göndərməkdən imtina edib. Ölkənin xarici işlər nazirliyi tədbirlərdə iştirak edə bilməyəcəklərini açıqlayıb. 

Qeyd edək ki, Ruandada 1994-cü ildə etnik qruplar arasında baş verən dəhşətli qırğın zamanı 100 gün içərisində milyona yaxın insan həlak olmuşdu.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM