Fransa virusla mübarizədə yeni dərman tapdı

12:05 | 28.04.2020
Fransa virusla mübarizədə yeni dərman tapdı

Fransa virusla mübarizədə yeni dərman tapdı

Fransa səhiyyəsində sevincli hal yaşanır. Çünki COVID-19 virusu ilə mübarizədə "Tosilizumab" adlı dərman uğurla sınaqdan keçirilib.

Publika.az fransız mediasına istinadən bildirir ki, ilkin nəticə 27 aprel tarixində əldə olunub.

Preparat onlarla xəstəni kritik durumdan və ölümdən xilas edib. "Tosilizumab" "Roş" (Roche) laboratoriyasının istehsalıdır, monoklonal antitellər fəsiləsindəndir. Dərman həmçinin poliartritin müalicəsində önəmli vasitədir.

Adətən koronavirusa yoluxmuş xeyli xəstələrin durumu bir neçə gün sonra kritik həddə çatır. Bu orqanizmin virusa verdiyi həssas immun reaksiyasından asılı haldır.

Odur ki, "Tosilizumab" dərmanı 13 müxtəlif xəstəxanaya yerləşdirilmiş 129 xəstə üzərində sınaqdan keçirilib. Xatırladaq ki, xəstələrin çoxu virusla mübarizənin ən ağır həddində olublar.

Dərmanın təsirini araşdıran professor Xavye Mariett onlayn konfrans zamanı bildirib ki, "Tosilizumab" yalnız 5-10 faiz xəstələrə müsbət təsirini göstərmək iqtidarındadır. Bu xəstələr ən kritik durumda və ölüm ayağında olanlardır.

Professor həmçinin bildirib ki, iki qrupa bölünmüş xəstələr üzərində standart immun gücləndirmə və "Tosilizumab" dərmanı ilə müalicələr sınaqdan keçirilir. İlkin nəticəyə görə yeni preparat daha effektiv təsir göstərib. Bütün nəticələr üzərində dəqiq çalışma aparılandan sonra ictimaiyyətə dolğun məlumat veriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM