Fransa XİN Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücuma münasibət bildirib

21:00 | 17.09.2019
Fransa XİN Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücuma münasibət bildirib

Fransa XİN Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücuma münasibət bildirib

Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian Səudiyyə Ərəbistanının neft emalı zavodlarına edilən hücuma münasibət bildirib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Qahirədə jurnalistlərin suallarını cavablandıran fransız nazir deyib ki, hücum zamanı istifadə edilən pilotsuz uçuş aparatlarının (PUA) haradan əldə olunduğuna dair hər hansı dəlil yoxdur.

"Fransanın əlində PUA-ların haradan əldə olunduğuna dair hər hansı dəlil yoxdur. Mən kimdəsə dəlil-sübutun olduğunu da bilmirəm”, - deyə Fransa Xarici İşlər naziri vurğulayıb.

Qeyd edək ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində "Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib.

Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb