ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "Əl Qaidə"nin cənubi Afrika qolu olan "AKMİ"nin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda "Fransa müsəlman ölkələrində etdiyi hərəkətlərin cavabını verəcək" - təhdidi yer alıb.
Ötən həftə Fransada "Charlie Hebdo" jurnalının redaksiyasına edilən terror hücumundan sonra "Əl Qaidə" təşkilatı aktın cavabdehliyini öz üzərinə götürmüşdü. Təşkilatın rəsmi internet səhifəsində deyilir: "Mali və Mərkəzi Afrika fransız əsgərlər ölkələrimizi işğal etdikcə, Suriya və İraqda olduğu kimi insanlarımız bombalandıqca və onların əksər mediaları Həzrəti Məhəmmədi təhqir etməyə çalışdıqca Fransa daha pis hadisələrlə qarşılaşacaqlar".
Ötən həftə Fransada baş vermiş terror aktı zamanı 12 nəfər öldürülmüşdü. Hadisədən sonra Fransa hökuməti küçələrdə təhlükəsizliyi təmin etmək üçün 10 min polis əməkdaşına göstəriş verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !