Fransada 23 nəfər həbs edildi

21:20 | 16.11.2015
Fransada 23 nəfər həbs edildi

Fransada 23 nəfər həbs edildi

Fransa polisi gecə ölkə boyu 168 yerdə reydlər keçirib.

Daxili işlər naziri Bernar Kaznövün (Bernard Cazeneuve) noyabrın 16-da verdiyi məlumata görə, əməliyyat zamanı 23 nəfər həbs edilib, 100-dən çox adam isə ev dustağıdır.

Noyabrın 13-də Parisdə törədilən terror aktlarında azı 132 adam ölüb.

Həmçinin hücum edənlərdən 7-si öldürülüb ki, onların çoxunda partlayıcı kəmər aşkar edilib.

Prokurorluq hücum edənlərən ikisinin müəyyən edildiyini və onlardan birinin əvvəllər terrorla bağlı mühakimə edildiyini bildirir.

Baş nazir Manuel Valls bu hücumun Suriyadan hazırlandığını deyir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM