Fransada 310 etirazçı saxlanılıb

17:34 | 17.03.2023
Fransada pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarında 310 nəfər saxlanılıb. Bu barədə TASS-a bunu Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

O bildirib ki, bəzi şəhərlər, o cümlədən Marsel, Nant, Renn və yerli prefekturalar etirazçılar tərəfindən hücuma məruz qalıb.
 
Məlumata görə, təkcə Parisdə 258 aksiya iştirakçısı saxlanılıb. Bildirilib ki, saxlanılan etirazçıların sayı kifayət qədər çoxdur.

Bir müddət əvvəl saxlanılanların sayının 217 nəfər olduğu barədə xəbər yayılmışdı.
 
Baş nazir Elizabet Bornun Milli Assambleyada (parlamentin aşağı palatası) səsvermədən yan keçərək pensiya islahatı barədə qanun layihəsinin qəbul edilməsi üçün konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinin işə salınmasına dair qərarından sonra ölkənin müxtəlif şəhərlərində minlərlə insanın iştirakı ilə nümayişlər başlayıb. Polis etirazları dağıtmaq üçün dəfələrlə xüsusi vasitələrdən istifadə etməli olub.
 
Martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib. Lakin Milli Assambleyada səs çoxluğuna əmin olmayan Fransa hökuməti səsvermədən yan keçərək islahat qanununu qəbul edib.

İfrat sağçı "Milli birlik” partiyası rəhbəri Marin Le Pen bildirib ki, onun parlamentdəki fraksiyası hökumətə etimadsızlıq votumu irəli sürülməsini tələb edəcək.

Aytac 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti