Fransada beş təyyarənin göyərtəsində ərəb dilində yazılar tapılıb

11:39 | 30.11.2015
Fransada beş təyyarənin göyərtəsində ərəb dilində yazılar tapılıb

Fransada beş təyyarənin göyərtəsində ərəb dilində yazılar tapılıb

Fransa aeroportlarında ən azı beş təyyarədə ərəb dilində sanksiyalaşdırılmamış yazılar tapılıb, bu barədə hüquq-mühafizə orqanlarına istinadən La Tribune məlumat yayıb.

Oxu.Az "Lifenews”a istinadən xəbər verir ki, ərəb yazısı Britaniya aviaşirkətinin dörd təyyarəsində, eləcə də İspaniyanın Vueling aviadaşıyıcısına məxsus təyyarənin xarici örtüyündə aşkar edilib.

İki hadisə Parisdə Şarl-de-Qol aeroportunda, daha üç hadisə isə Lionda baş verib.

Hüquq-mühafizə orqanlarında yazıların təyyarələrin örtüyündə gəldikləri ölkədə, yəni Fransa ərazisinə gəlməzdən öncə yazıldığını ehtimal edirlər. Amma nəşrin fikrincə, bu hadisələr aeroportlarda təhlükəsizliyin səviyyəsini göstərir.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti